FHN-in təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir 

10:50 06.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə meşə yanğınları ilə mübarizə tədbirlərinə kömək göstərilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkəyə göndərilmiş Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

FHN-dən hafta.az-a bildirilib ki, əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Foça istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.